Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi - RƏSMİ AÇIQLAMA- FOTO

İctimai nəqliyyat 31 May 2022 | 10:44
OXUNUB: 3788

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb. 

Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. 

İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb. 

Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib. 

Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, məsələ dərhal araşdırılıb. Məlum olub ki, texniki xəta ucbatından partul avtomobilinin düşdüyü radar vətəndaşa göndərilib. Vətəndaşın müraciəti əsasında protokol ləğv edilib və problem aradan qaldırılıb. 

 

Oxu.Az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man