Marixuana istifadə edib avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

İctimai nəqliyyat 30 May 2022 | 14:14
OXUNUB: 730

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitəsinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bir neçə gün öncə “Volkswagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, rayon sakini Hamlet Adıgözəlov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından, o, müvafiq tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, H.Adıgözəlovun marixuana istifadə edib, avtomobil idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Foto

Marixuana istifadə edib avtomobil idarə edən şəxs saxlanılıb

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man