Yol polisi əməkdaşı yenidən dünya çempionu oldu - FOTO

İctimai nəqliyyat 29 May 2022 | 21:30
OXUNUB: 11042

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin  əməkdaşı, universal döyüş idman növü üzrə 5 qat dünya çempionu, 6 qat Avropa çempionu, dünya oyunlarının qalibi, Asiya kəmərinin sahibi, dünya kubokunun qalibi, əməkdar idman ustası Əliyev Nicat İlqar oğlu mayın 28-də Özbəkistanın Daşkənd şəhərində keçirən Universal döyüş növü üzrə yenidən Dünya Kəmərinin sahibi olub. Amerikalı rəisi Cesse Smithə qalib gələn Nicat Azərbaycan adını bir daha yüksəldib. Avtosfer.az-a açıqlamasında Nicat Əliyev bildirib ki, qələbəni şəhidlərimizə həsr edib. "Bu gün bizim üçün əziz gündür 28 May Azərbaycan Respublikasının müstəqillik günüdür. Mənim üçün də əlamətdar gündür ki, dövlətimizin bu şanlı və əlamətdar günündə qalib gələrək dünya kəmərinə sahib oldum. Beləliklə, bu gün mənim üçün ikiqat bayram oldu. Bu qələbəmi bütün Azərbaycan xalqına və bu bayramı bizə qeyd etməyi nəsib edən bütün şəhidlərimizin xatirəsinə həsr edirəm."

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man