Yol polisi festivalda belə işlədi - DYP-dən AÇIQLAMA

İctimai nəqliyyat 29 May 2022 | 20:24
OXUNUB: 1510

Paytaxt Bakıda keçirilən daha bir mötəbər tədbir - "TEKNOFEST Azərbaycan" Bu gün yekunlaşdı.

Avtosfer.az xəbər verir ki, festivala ev sahibliyi edən Bakıya axın edən insanların təhlükəsizliyinin təminatı isə polis əməkdaşlarının və Bakı Şəhər Dövlət Yol Polisinin üzərinə düşüb. Bu tədbir həm, auditoryasına, həm də kütləviliyi baxımından kifayət qədər maraqla qarşılandı. Yaş məhdudiyyəti olmayan festivala 7-dən 70-ə təxminən 200 min nəfərə qədər şəxs axın edib. "TEKNOFEST Azərbaycan" festivalı qardaş ölkə Türkiyə ilə doğmalığın, milliliyin tərənnümü olmaqla yanaşı və qeyri adiliyi ilə də yadda qaldı. Festival davam edən dörd gün ərzində festival keçirilən əraziyə axın edən şəxslərin şəxsi nəqliyyat vasitələrindən istifadəsi yollarda sıxlığın yaranmasına səbəb olurdu. Təbii ki bu qədər böyük izləyicisi olan tədbirdə ümumi təhlükəsizlik tədbirləri, eləcə də paytaxt yollarında hərəkətin təhlükəsizliyinin və fasiləsizliyin təmin olunmasıda gərgin iş fəaliyyətinin nəticəsində yekunlaşmışdır. Yollarda sürücülərin müvafiq istiqamətdə hərəkətini tənzimləyən, park üçün nəzərdə tutulmayan yerlərdə nəqliyyat vasitələrinin saxlanmasının qarşısını almağa çalışan Bakı Şəhər DYPİ əməkdaşları da  ara sıra çətin olsada umumi prosesi nəzarətda saxlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasınsa bildirib ki, Bakı Şəhər DYPİ tərəfindən festivalı öncəsi və yekun günə qədər yollarda hərəkətin müvafiq qaydada təşkil edilməsi baxımından istər məlumatlandırıcı istərsədə xidmətin təşkili iıə bağlı bütün tədbirlər görülüb: "Festival tam təhlükəsiz qaydada sona çatmışdır. Bu müddət ərzində paytaxt yollarında heç bir problem yaranmamışdır. Hazırda paytaxtın bütün istiqamətləri üzrə nəqliyyatın hərəkəti tam bərpa edilmişdir".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man