Qeyd edək ki, əvvəllər Qusevin polisdən qovulduğu bildirilirdisə, İstintaq Komitəsinin məlumatında o, fəaliyyətdə olan hüquq mühafizəçi kimi “Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayətinin Moşkovski rayonu üzrə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin Yol Patrul Xidməti əməkdaşı” adlandırılıb.
Xatırladaq ki, 2021-ci ilin mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.
Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc tətbiq edərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman əlindəki tapançadan atəş açıb.
Polis həmin vaxt saxlanılsa da, bir həftə sonra Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə sərbəst buraxılmışdı: Barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən Qusev ölkəni tərk etməmək barədə arayış qarşılığında azad edilmişdi.
Mənbə: Tayga.info
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man