Bakıda bu yollar bağlı olacaq: Sürücülərin DİQQƏTİNƏ!

İctimai nəqliyyat 24 May 2022 | 12:27
OXUNUB: 9570

May ayının 26-dan 29-dək “Baku Cristall Hall” və onun ətrafı, Dənizkənarı bulvarda regionun ən böyük tədbiri olan "Texnofest Azərbaycan” aerokosmik və aviasiya festivalı keçiriləcək.
Bakı Şəhər DYPİ-nin Yol Hərəkəti Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradovanın Avtosfer.az-a verdiyi məlumatda bildirilir ki, festivalın keçiriləcəyi əraziyə 8:30-dan 18:00-dək və əks istiqamətdə 9:00-dan 21:00-dək avtobus xidməti təşkil edilib. “Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 May metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə BakuBus MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması, nəqliyyat sıxlığının yaranmaması üçün bildiririk ki, Dənizkənarı bulvar “Cristall Hall” istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula, istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Tədbir zamanı şəxsi avtomobillərindən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyat vasitələrinin istifadəsinə üstünlük verilməsi tövsiyə edilir. Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə və anlayışlarına görə bütün hərəkət iştirakçılarına Bakı Şəhəri Dövlət Yol Polisi olaraq təşəkkür edirik.”
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man