Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən, eləcə də digər kobud qayda pozuntularına yol verən sürücülər müəyyən edilib. Onların hər birinə törətdikləri qayda pozuntusu barədə məlumat verilib və ümumilikdə 25 nəqliyyat vasitəsinin sahibi barəsində inzibati protokol tərtib olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man