Yol polisi taksidə halı pisləşən hamilə qadınıxəstəxanaya belə çatdırdı - VİDEO

İctimai nəqliyyat 21 May 2022 | 11:02
OXUNUB: 3645

Sosial şəbəkə istifadəçisi Anar Rəsulov yol polisinin fəaliyyəti ilə bağlı video paylaşıb. O, bildirib ki,  bu gün səhər saatlarında işə gedərkən taksi xidmətinə qoşulub və xanım müştəri onun avtomobilinə əyləşib. Az sonra hamilə olan xanımın halı pisləşib. Sürücü səhər saatlarında tıxac yarandığını görərək çıxılmaz vəziyyətə düşüb. Yaxınlıqda xidmət aparan 99 - YP - 445 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajına müraciət edib. YPX əməkdaşları vəziyyətin ciddi olduğunu nəzərə alaraq sürücünü xəstəxanaya qədər müşayiət ediblər. Anar Rəsulov bu hərəkətlərinə görə yol polisi əməkdaşlarına təşəkkür edib və bildirib ki,  onların köməyi olmasaydı vəziyyət acınacaqlı ola bilərdi. Avtosfer.az videonu təqdim edir:

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man