Bakıda 3 dost PPX maşınına mindi, düşmək istəmədi

İctimai nəqliyyat 20 May 2022 | 11:38
OXUNUB: 3550

Bir neçə gün əvvəl Bakının Xətai rayonunda yerləşən parkda maraqlı hadisə baş verib.

Avtosfer.az Qafqazinfo-ya istinadla xəbər verir ki, “Gənclik” parkında qəfil yağış yağmağa başlayarkən 3 nəfər qaçaraq ərazidəki Post Patrul Xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobilə daxil olub. Onlar maşının qapısını arxadan bağlayaraq düşməkdən imtina ediblər.

Ərazidə xidmət aparan polislərin qanuni tələbinə məhəl qoymayan həmin şəxslər daha sonra saxlanılaraq bölməyə aparılıb. Məlum olub ki, həmin şəxslər Qəbələ rayonunun Zarağan kənd sakinləridir və sərxoş vəziyyətdədilər. Bölmədə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 30-35 yaşlı 3 dostun işi məhkəməyə göndərilib.

Məhkəmədə onlar yağışdan qorunmaq üçün belə bir hərəkət etdiklərini, peşman olduqlarını deyiblər.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 150 manat cərimə edilməklə sərbəst buraxılıblar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man