Yol polisinin qızı yenidən dünya kubokunu Azərbaycana gətirdi - VİDEO

İctimai nəqliyyat 19 May 2022 | 18:12
OXUNUB: 1545

K-1 üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında azərbaycanlı idmançı Emili Rzayeva qalib olub. Bu barədə Avtosfer.az-a o, özü məlumat verib. Bildirib ki,  Türkiyədə keçirilən yarışda bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. "Finalda Türkiyəli idmançı ilə qarşılaşdım. Çəkidə məndən ağır olsa da sürətli döyüş taktikasını istifadə edərək qalib gəldim. "

Emilinin atası və eyni zamanda müəllimi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının baş inspektoru,  polis polkovnik-leytenantı Emil Rzayev qızının qələbəsindən qürur durduğunu ifadə edib. Eyni zamanda beynəlxalq yarışda iştirak üçün göstərdiyi dəstəyə görə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür edib.  Emilinin yarışlara hazırlanmasında köməklik göstərdiyi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevə və İdarənin YPX Alayının komandiri Raif Süleymanova minnətdarlığını bildirib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man