Şəki polisi ASAN Xidmət mərkəzində tədbir keçirib - FOTO

İctimai nəqliyyat 11 May 2022 | 23:36
OXUNUB: 1302

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Gənclər narkomaniyaya yox deyir" və "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti tədbir, mayın 11-iŞəki ASAN xidmət mərkəzində keçirilib.

Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Vüqar Xəlilov, təşkilati inspektor qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, eləcə də polis şöbəsinin istintaq, təhqiqat, ictimai təhlükəsizlik və Dövlət Yol Polis Bölmələrinin rəisləri, o cümlədən ASAN xidmət mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bəhruz Nəsibov, mərkəzin əməkdaşları və orada fəaliyyət göstərən könüllülərHüsey iştirak ediblər.

"Gənclər narkomaniyaya yox deyir" mövzusunda Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzusunda isə Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev geniş məruzə ediblər.Daha sonra, polis şöbəsinin  aidiyyəti xidmət rəhbərləri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirin yekununda, ASAN xidmət mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bəhruz Nəsibov, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis şöbəsinin rəisi Azər Muradova və əməkdaşlarına öz minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man