Yol polisi Bakıda “patı” çəkib maşın sürən sürücüləri saxladı - FOTOLAR

İctimai nəqliyyat 11 May 2022 | 13:09
OXUNUB: 7369

Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Heydər Əliyev prospektində avtomobilini şübhəli şəkildə idarə edən iki sürücünü saxlayıb.  Avtosfer.az xəbər verir ki, saxlanma zamanı sürücülərin narkotik vasitə olan “patı”dan istifadə etdikləri məlum olub. Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində irəliləyən “BMW” markalı, 99 XX 534 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əliyev Araz Adil oğlu və “Ford Transit” markalı 99-US-246 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Sultanov Əfqan Bəhram oğlu barəsində  İnzibati  Xətalar Məcəlləsinin 333.1 maddəsiylə - nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, prixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə protokol tərtib olunub.

İş baxılması üçün aidiyyatı üzrə Nizami rayon Məhkəməsinə göndərilib.

 

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man