Piyada keçidlərindən istifadə etməyənlər barəsində inzibati tədbirlər görülüb - FOTO

İctimai nəqliyyat 08 May 2022 | 14:59
OXUNUB: 1297

Zaqatalada yol polisi tərəfindən piyadalar arasında intizamın möhkəmləndirilməsi, onların həyat və sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, xüsusilə də avtomobillərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib. Bu kimi qayda pozuntularının həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün ciddi təhlükə yaratdığı izah olunub. Edilən xəbərdarlıqlara baxmayaraq təkrar analoji qayda pozuntusu törədən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man