Yol polisi maşına “peredok” verən sürücülərə qarşı reydlərə başladı - FOTO

İctimai nəqliyyat 07 May 2022 | 10:40
OXUNUB: 1346

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülərin nəqliyyat vasitəsiləri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Polis əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar. Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülərək inzibati məsuliyyətə cəlb olunublar.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man