Səbail DYP piyadalar arasında təbliğata başladı, yolkəsən sürücülər cərimələndi - VİDEO - FOTO

İctimai nəqliyyat 06 May 2022 | 17:15
OXUNUB: 1784

Bu gün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici reyd keçirib.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı yolu təyin olunmayan yerdən keçən piyadalarla söhbətlər aparılıb, onlara bunun təhlükəli tərəfləri izah edilib. Bildirilib ki, hətta piyada keçidindən istifadə zamanı belə diqqətli olmaq zəruridir. Avtomobilin tam dayandığına və ya sürücünün ona yol verdiyinə əmin olduqdan sonra keçmək lazımdır. Xüsusilə günün qaranlıq saatlarında yola qaçmaq, sürücüləri çaşdırmaq ağır nəticələrə gətirib çıxara bilər. Reyd zamanı həmçinin piyadaların da narazılığı nəzərə alınıb. Onların sözlərinə görə, Bayraq Meydanı yaxınlığında olan iki piyada keçidinin istifadəsi narahatlıq doğurur. Belə ki, keçidlərdən biri Milli park ərazisinə çıxır, digəri isə avtobus dayanacağından uzaqda yerləşir. 
Daha sonra piyada keçidində, yol hərəkət hissəsində, ikinci zolaqda, yolayrıcında avtomobillərini park etmiş sürücülər arasında da təbliğat xarakterli söhbətlər aparılıb, qayda pozan sürücülər cərimələnib. 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin müvafiq tapşırığına əsasən ölkə ərazisində piyadavurmaların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

Reyddən hazırlanmış videomaterialı təqdim edirik:


Nərminə Əli

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man