“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq tədbirlər keçirilir. Yol hərəkəti qaydaları haqqında azyaşlıların məlumatlandırılması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi, eləcə də onların sağlamlıqlarının qorunması diqqətdə saxlanılan məsələlərdəndir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Quba şəhərində “Öyrənək və öyrədək!” mövzusunda təlim keçirilib. Respublika uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün təşkil olunan təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şuşa, Qubadlı, Zəngilan rayonlarının uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, şöbə müdirləri, dərnək rəhbərləri iştirak ediblər.
İştirakçılara müasir üsullardan istifadə edilərək “Svetafor”, “Yolu keçmə qaydaları”,“Yol nişanları”, “İctimai nəqliyyatda davranış qaydaları” və “Yol hərəkəti iştirakçıları” mövzusunda məşğələlər keçirilib, yol hərəkəti qaydalarını azyaşlılara öyrətməyin yolları və görüləcək işlər müzakirə olunub.
İki gün davam edən təlimdə iştirakçılara elektron variantda təlim materialları və sertifikatlar verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man