Bakıda avtomobillərin qeyri-qanuni parklanması ilə bağlı reyd keçirilib - FOTO - VİDEO

İctimai nəqliyyat 05 May 2022 | 16:38
OXUNUB: 1696

Qaradağ Rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən avtomobillərin qeyri-qanuni parklanması ilə bağlı rerd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd rayonun Lökbatan dairəsində baş tutub. Tədbir zamanı qanunsuz parklanma ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, paytaxtın bəzi ərazilərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur: “Apardığımız müşahidələr onu göstərir ki, sürücülər daha çox nəqliyyat vasitələrini nəqliyyatın hərəkət hissəsində saxlayırlar. Onlar arxadan gələn nəqliyyat vasitəsinin maneəsiz hərəkətinə maneə törədirlər. Həmin ərazilərdən biri də Qaradağ rayonu ərazisindəki Lökbatan dairəsidir”.

N.Əliyev qeyd edib ki, bundan sonra da Lökbatan dairəsində polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdiriləcək: "Hər bir sürücüdən xahişimiz odur ki, avtomobil idarə edərkən digər sürücüləri də nəzərə alsınlar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man