Bakı şəhərində polis qəzada vəfat edib. Avtosfer.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Moskva prospektində qeydə alınıb. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Quliyev Vasif Qulu oğlu idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb.
Baş Dövlət Yol Polis İdarəsindən oxu.az-a fakt təsdiqlənib. Bildirilib ki, 1988-ci il təvəllüdlü Quliyev Vasif Qulu oğlu xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:
“V.Quliyev hadisə yerində ölüb”.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man