Qaxda qaydaları pozan piyada və sürücülər barəsində tədbir görülüb.
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları piyadalara yol verməyən sürücülərin və yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi, eləcə də onların maarifləndirilməsi məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla izahedici söhbətlər aparılıb, yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man