Ürəyindən sancı tutan vətəndaşı DYP avtomobilinə mindirib apardılar - VİDEO

İctimai nəqliyyat 02 May 2022 | 19:29
OXUNUB: 1194

Səkidə hərəkət edən piyadanın halı qəflətən pisləşib. Bunu görən yol polisi əməkdaşı dərhal hadisə yerinə gələrək vətəndaşa köməklik göstərib. Avtosfer.az xəbər verir ki, hadisə iki gün əvvəl Üzeyir Hacıbəyli küçəsində baş verib. Səki ilə hərəkət edən iki nəfərdən biri ürəyində yaranmış problemlə bağlı hüşünü itirib. Yanındakı digər şəxs ona yardım göstərərkən ərazidə xidmət aparan Bakı şəhər DYP İdarəsinin YPX Alayının baş inspektoru, polis leytenantı Qasımov Rövşən Koroğlu oğlu hadisə yerinə yaxınlaşıb. Vətəndaşa ilkin tibbi yardım göstərilib, ardınca isə 99 YP 505 dövlət nömrə nişanlı patrul avtomobilinə əyləşdirilən həmin vətəndaş yol polisi tərəfindən “Baku Medical” xəstəxanasına çatdırılıb. Həkimlər tibbi yardım göstərdikdən sonra vətəndaşın durumu yaxşılaşıb və evə buraxılıb.

Oxuculardan birinin göndərdiyi videonu təqdim edirik:

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man