Yol polisləri ilə ekoloji təmiz avtomobillərdən danışıldı - - FOTO - VİDEO

İctimai nəqliyyat 29 Aprel 2022 | 14:58
OXUNUB: 2161

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda layihəni davam etdirir.

Növbəti tədbir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində keçirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, ətraf mühit və insan sağlamlığının qorunması ilə bağlı yol polisi tərəfindən il ərzində mütamadi maarifləndirici tədbirlər keçirilir. Buna misal olaraq hər il ölkəmizdə "Təmiz hava” aylığı ilə bağlı keçirilən tədbirlərdə  əsas məqsəd də məhz  nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Sonra çıxış edən “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı deyib ki, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərir. Bu gün respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır. "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda icra olunan layihədə də əsas məqsəd sürücüləri, ictimaiyyət nümayəndələrini bu sahədə maarifləndirməkdən ibarətdir. 

Qeyd edək ki, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı bundan əvvəl Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyündə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindədə mövzu ilə bağlı tədbirlər həyata keçirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man