Qusarda narkotik çəkib qaydaları pozan sürücü saxlanıldı - FOTO - VİDEO

İctimai nəqliyyat 27 Aprel 2022 | 11:18
OXUNUB: 722

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Belə ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi “VAZ-21101” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını, ictimai-asayişi nümayişkəranə və kobud şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib.

M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılarkən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O, RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən olunub.

Qusar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man