Yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib - FOTO

İctimai nəqliyyat 25 Aprel 2022 | 12:18
OXUNUB: 791

Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həftəsonu rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə nəzarət-profilaktiki tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən, dayanma-durma qaydalarına riayət etməyən, atmosferə normadan artıq zəhərli qaz ixrac edən və digər qayda pozuntularına yol verən sürücülər aşkar edilib.

Onlarla izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb.

Tədbir zamanı kobud qayda pozuntularına yol verən 70-dən artıq şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man