Yol polisinin bu görüntüləri ilə bağlı araşdırma başladı - DYP-dən AÇIQLAMA

İctimai nəqliyyat 20 Aprel 2022 | 17:27
OXUNUB: 23383

Sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 414 dövlət nömrə nişanlı YPX avtomobilin sürücüsünün hərəkət zamanı yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb. Görüntüləri yayan professor Elçin Əliyev bildirib ki, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili 4 dəfə qayda pozub.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, operativ nəqliyyat vasitələrinin sürücüləri (yol polisi, təcili tibbi yardım, yanğınsöndürən) təhlükəsizlik qaydalarına riayət etməklə zəruri hallarda yol hərəkəti qaydalarını poza bilər. "Təəssüflər olsun ki, bəzən vətəndaşlarda bu tip nəqliyyat vasitələri barədə məlumat olmadığı üçün bunu qayda pozuntusu kimi qiymətləndirirlər.

Təhlükəsizlik qaydalarına riayət etməklə pozulan qaydalar mütləq nəzərə alınır. Əgər buna riayət olunmazsa, o zaman qaydaları pozan YPX əməkdaşları da cəzalandırılır.

Hazırda qeyd olunan məsələ Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırılır. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

 

Orxan

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man