Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

İctimai nəqliyyat 17 Aprel 2022 | 22:22
OXUNUB: 1680

Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, avtomobillərdən atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd təşkil olunub.

Keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.

Yoxlamalar zamanı atmosferə normadan artıq tullantı ixrac edən avtomobillər aşkarlanıb və onların sürücüləri barəsində inzibati protokollar tərtib edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man