Azərbaycanda pandemiya dövründə quraşdırılan karantin postları sökülür. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakı şəhərinin giriş-çıxışında qoyulan postların artıq sökülməyə başlanıldığını deyib. O bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı: “Həmin postlar daimi olmadığı üçün sökülə bilər”. Qeyd edək ki, Azərbaycanda karantin postları pandemiya səbəbi ilə 2020-ci ildə quraşdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man