Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib - FOTO

İctimai nəqliyyat 16 Aprel 2022 | 19:11
OXUNUB: 1448

Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək və qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində təşkil olunan reydlər zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər qayda pozuntularına yol verən 39 sürücü müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man