DYP küləkli hava şəraiti ilə bağlı müraciət edib

İctimai nəqliyyat 12 Aprel 2022 | 22:48
OXUNUB: 1089

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Avtosfer.az xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli sürücüləri nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməməyə çağırıb: "Bu cür hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə, avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik", - deyə qurum rəsmisi qeyd edib. Araz Əsgərli xüsusilə yük avtomobillərinin sahibləri və sürücülərinə müraciət edərək onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormazlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edib.

Xatırladaq ki, bu gündən başlayaraq Respublika ərazisində güclü külək olacağı proqnozlaşdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man