Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin maarifləndirilməsi məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində növbəti reyd təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib. Təhlükəsizlik kəmərindən istifadənin önəmi onların diqqətinə çatdırılıb və barələrində protokol tərtib edilərək cərimələniblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man