Yol polisi “VAZ”la qayda pozan sürücünü saxladı - Narkoman çıxdı - FOTO

İctimai nəqliyyat 12 Aprel 2022 | 13:29
OXUNUB: 792

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən İslam Əsgərov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ. Əsgərov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı “VAZ” və “Lada “ markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi aşkarlanıb. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara "Yol Hərəkəti Haqqında" qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man