Yol polisi həftə sonu Bərdə, Ağcabədi və Füzuli rayonlarında reyd keçirib - FOTO

İctimai nəqliyyat 11 Aprel 2022 | 13:29
OXUNUB: 712

Baş Dövlət Yol Polis İdarəsinin və Bərdə, Ağcabədi, Füzuli Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları ilə birgə qeyd olunan rayonlarda həftə sonu yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlər zamanı qayda pozuntularına yol verən sürücülər aşkar edilib, onlarla yol-hərəkəti qaydalarına riayət etməli olduqları barədə izahedici söhbətlər aparılıb. Baş verə biləcək qəzaların qarşısının alınması, eləcə də hadisələrin qurbanına çevrilməmək üçün mütləq şəkildə qaydalara riayət etməyin vacibliyi həm sürücülərə, həm də piyadalara izah edilib. Piyada zolaqları olan ərazilərdə, məktəblərin qarşısında avtomobilin ehtiyatla idarə olunmasının önəm daşıdığı bir daha yol-hərəkət iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusən gecə saatlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrində sürət həddini aşmağın, lüzumsuz yerə ardıcıl siqnal  verilməsinin cəmiyyətə hörmətsizlik kimi dəyərləndirildiyi sürücülərə bildirilib. 
Qanun pozuntusuna yol vermiş bir neçə sürücü barəsində müvafiq tədbirlər görülüb.

 

Emin
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man