İsmayıllıda avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO

İctimai nəqliyyat 09 Aprel 2022 | 13:37
OXUNUB: 963

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində ictimai asayişi və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozan sürücünü saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Səbuhi Qəniyev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Yol polisi əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə birgə saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə S.Qəniyev 20 sutka inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man