Bakıda baş verən ağır qəzada xəsarət alan şəxsin köməyinə yol polisi əməkdaşları gəlib. Bu barədə oxuculardan biri Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. Belə ki, aprelin 7-də, paytaxtın Hövsan yolunda "Toyota Prius" və "Opel" markalı avtomobillərin sürücüləri qəza törədib. Hadisə nəticəsində "Opel" markalı avtomobildə olan sərnişin xəsarət alıb. Əraziyə gələn Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə məxsus 99-YP-289 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin əməkdaşları, polis leytenantı Həsənov Kərim Zakir oğlu, polis baş serjantı Adıgözəlov Seyirhəsən Mirağa oğlu və polis baş serjantı Süleymanlı Pərviz Mehman oğlu xəsarət almış sərnişinə ilkin tibbi yardım göstərərək onun həyatını xilas ediblər.
Hadisə baş verən ərazidə qeydə alınmış videogörüntünü təqdim edirik:
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man