Sabunçu DYP və "Siqnal" İdarəsi yollarda təhlükəsizlik tədbirlərini davam etdirir - FOTO

İctimai nəqliyyat 07 Aprel 2022 | 17:08
OXUNUB: 1060

“Dövlət Yol Polisi əməkdaşları tərəfindən paytaxt ərazisində, xüsusilə məktəblərin yaxınlığında təhlükəsizlik tədbirləri həyata keçirilir". Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktiki işlərə başlanılıb. “Paytaxtın Sabunçu rayonu ərazisində yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətdə görülən tədbirlər çərçivəsində təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura "Siqnal" İdarəsi ilə birgə piyada zolaqlarının yenidən rənglənməsi, yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi daxildir. Həmçinin tədbirlər zamanı bir neçə təhsil ocaqlarının qarşısında yeni zolaqlar da salınıb.”

Vaqif Əsədov onu da əlavə edib ki, bu istiqamətdə tədbirlər digər rayonlarda da davam etdiriləcək.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man