Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi respublika üzrə ümumi istifadədə olan yollarda yol nişanlarının və nişanlanma xətlərinin bərpasını davam etdirir. Avtosfer.az xəbər verir ki, növbəti yenilənmə işləri Abşeron rayonu, Xırdalan qəsəbəsində həyata keçirilib. Belə ki, “Siqnal” İdarəsi Heydər Əliyev prospektində müayinə aparıb, istismara yararsız, eləcə də işıqqaytarıcı elementləri zəif olan yol nişanları götürülüb. Onların yerinə yeni nişanlar quraşdırılıb.
Bundan başqa, idarə tərəfindən piyada keçidlərində də rənglənmə işləri həyata keçirilib.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man