Şəki DYP təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

İctimai nəqliyyat 05 Aprel 2022 | 18:43
OXUNUB: 285

Uşaq travmatizminin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Şəki Dövlət Yol Polisi tərəfindən təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbir, 2022-ci ilin aprel ayının 5-də Şəki şəhəri, fizika-riyaziyyat və humanitar təmayüllü liseyin IV-V sinif şagirdləri ilə keçirilib.

Tədbir zamanı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, şagirdlərə əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verib. Qeyd olunub ki, aşağı sinif şagirdləri (I-V sinif şagirdləri), məktəblərə ancaq valideynlər tərəfindən aparılmalı, valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar, valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar. Polis baş leytenantı Tural Niftalıyev onuda xüsusi qeyd edib ki, ötən il respublika üzrə qeydə alınmış qəzaların 43.7%-i (721-i) piyadaların vurulması ilə bağlı olmuşdur ki, nəticədə 322 nəfər həlak olub, 429 nəfər xəsarət alıb. Eyni zamanda, piyadalar tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində 37 (2.2%) yol-nəqliyyat hadisəsi baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 49 uşaq və yeniyetmə həlak olub, 152 nəfər xəsarət alıb. Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılmış profilaktiki tədbirlər müsbət nəticə verib, ötən il, xidməti ərazidə baş verən yol-nəqliyyat hadisələrinin  33.3%-i (9-u) piyadanın vurulması ilə nəticələnsə də, həmin hadisələrin heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməyib. O cümlədən cari ilin I rübü ərzində xidməti ərazidə baş vermiş 3 yol-nəqliyyat hadisəsinin hər biri piyadanın iştirakı ilə baş vermiş, həmin hadisələrdən 1-i azyaşlı uşağın (6 yaş) iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi olmuş, lakin bu hadisələrində heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməyib. Əldə olunmuş bu müsbət nəticənin qorunub saxlanılması üçün təhsil müəssisələrində Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.

Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Şagirdlər sualların cavablandırılmasında çox böyük fəallıq göstəriblər. Hətta, tədbirdə iştirak edən şagirdlərin hər biri yol hərəkəti qaydalarına aid şeirlər səsləndiriblər. Ən yaxşı şeir söyləyən məktəbin V sinif şagirdi Məmmədov Cəsur Ceyhun oğlu, polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün hazırlanmış vəsaitlə mükafatlandırılıb.

Məktəbin direktoru Firqət Məmmədov, bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man