Bayram günü Bakı-Ələt yolunda oyun çıxaran sürücü CƏZALANDIRILDI - VİDEO

İctimai nəqliyyat 01 Aprel 2022 | 13:41
OXUNUB: 1041

Martın 21-də Avtosfer.az saytında yayımlanmış “Bakı-Ələt yolunda "avtoşluq" edən sürücü bayramı yasa çevirəcəkdi" başlıqlı müraciətlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb. İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirib ki, aparılan araşdırma nəticəsində Bakı-Ələt yolunun 20-ci km-də “VAZ-2107” markalı, 90-XM-830 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər edən sürücünün Məmmədov Məmməd Möhübbətəli oğlu olması müəyyən edilib. Faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat açılıb və yol verdiyi qayda pozuntusuna görə sürücü M.Məmmədov barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq olunub: "Hərəkətdə olan avtomobillə təhlükəli manevrlər edərək özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə münasibət bəslədiyini nümayiş etdirən M.Məmmədovun inzibati tənbehdən nəticə çıxaracağına və bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir, bununla yanaşı ictimai qınağa səbəb olan bu halın digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man