Bu gün Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə ictimai nəqliyyatda tibbi-maskadan istifadə, karantin qaydalarına əməl edilməsi ilə bağlı maarifləndirici reyd keçirib.
Avtosfer.az xəbər verir ki,tədbiri keçirməkdə əsas məqsəd sürücü və sərnişinləri karantin qaydalarına riayət etməyə dəvət etmək, onlarla profilaktiki söhbətlər aparmaq olub. Əməkdaşlar tərəfindən avtobus və taksi sürücülərinə, sərnişinlərə xəbərdarlıq olunub, karantin qaydalarına əməl etməyənlərlə müvafiq söhbətlər aparılıb. Həmçinin sürücülərə şərnişləri tibbi maskasız avtobus və taksilərə əyləşdirməmək bildirilib. Tədbirdən hazırlanan videonu təqdim edirik:
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man