Sosial şəbəkə hesablarının birində sürücüləri avtomobili spirtli içkinin təsiri altında idarə etməyə təşviq edən şəxsin videogörüntüsü yayımlanıb.
Avtosfer.az xəbər verir ki, araşdırma zamanı sözügedən videogörüntünün İsmayıllı rayon sakini Musayev Rauf Xalıq oğlu tərəfindən çəkilərək paylaşıldığı müəyyən edilib. Polis şöbəsinə dəvət olunan R.Musayev faktı təsdiq edib, bununla yanaşı videogörüntü vasitəsilə ictimaiyyətə müraciət edərək yol verdiyi əmələ görə peşman olduğunu bildirib.
Cəmiyyətdə, xüsusilə gənclər arasında neqativ meyillərin formalaşmasına xidmət edən bu tip paylaşımların doğurduğu acı nəticələrlə bağlı vət.R.Musayevlə profilaktik söhbət aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man