Nizami rayonu ərazisində 90-OL-741 dövlət nömrə nişanlı, “Daf” markalı betonqarışdıran yük avtomobili paytaxın ictimai təsərrüfatına ziyan vurub. Belə ki, hərəkətdə olan zaman ehtiyatsızlıqdan yola beton tökərək asfalt örtüyünü korlayıb.
Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan Nizami rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin avtomobili saxlayıb. Sürücü Məmmədov Şahin Havarxan oğlu barəsində inzibati qaydada tədbir görülüb. Avtosfer.az-a verilən məlumata əsasən yola tökülən beton sürücünün özü tərəfindən təmizlənilib. Ziyan aradan qaldırılıb.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man