Avtoxuliqanlıq edib sosial şəbəkədə video paylaşan sürücü saxlanıldı - FOTO

İctimai nəqliyyat 28 Mart 2022 | 16:49
OXUNUB: 3304

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini, Kamil Məmmədov idarə etdiyi “Ford” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, eləcə də avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan sürücü inzibati məsuliyyətə cəlb olunub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man