Yol polisi avtovağzalda sürücülərlə görüşə getdi, tapşırıq və tövsiyələr verildi - VİDEO

İctimai nəqliyyat 15 Mart 2022 | 17:04
OXUNUB: 1196

Bu gün Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ərazisində avtovağzal rəhbərliyi ilə birlikdə sürücülərlə görüş keçirb. Avtosfer.az xəbər verir ki, görüşdə Avtovağzalın rəhbərliyi, BDYPİ-nin YPX Alayının qərargah rəisi, polis kapitanı Rüfət Quliyev və İdarəsinin əməkdaşları iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd sərnişin daşımalarını həyata keçirən sürücülərin məsuliyyətini xatırlatmaq olub. Yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunması istiqamətində onlarla profilaktiki söhbətlər aparılıb.

Eyni zamanda, sürücüləri maraqlandıran suallar da cavablandırılıb.

Daha sonra marşrut xətlərinə yaxınlaşan DYP əməkdaşları sərnişinlərlə də söhbət edib. Açıq havada tibbi maskanın zəruriliyi aradan götürülsə də bağlı məkanlar, həmçinin nəqliyyat vasitələrində onun vacibliyi sərnişinlərin nəzərinə çatdırılıb. Onlardan xahiş edilib ki, avtobusda gedərkən qoruyucu vasitələrdən istifadə və sanitar-gigiyena qaydalarına riayət etsinlər. Hər hansı bir sərnişin səyahət zamanı özünü narahat hiss edərsə, dərhal sürücüyə xəbərdarlıq edilsin.

Avtovağzalın rəhbərliyi nəzarətin gücləndirildiyini diqqətə çatdıraraq yol polisi ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümidvar olduğunu bildirib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man