Şəki DYP təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir - FOTO - VİDEO

İctimai nəqliyyat 14 Mart 2022 | 21:35
OXUNUB: 1379

Respublikamızın ümumtəhsil məktəblərində küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.

Bu səbəbdən, uşaq travmatizminin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Şəki Dövlət Yol Polisi tərəfindən təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbir bu gün Şəki şəhəri, 12 saylı tam orta məktəbin IV – V sinif şagirdləri ilə keçirilib.

Tədbir, mövcud pandemiya qaydalarına uyğun olaraq, tibbi maskadan istifadə etməklə və sosial məsafə gözlənilməklə keçirilib.

Tədbir zamanı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, şagirdlərə əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verib. Qeyd olunub ki, aşağı sinif şagirdləri (I-V sinif şagirdləri), məktəblərə ancaq valideynlər tərəfindən aparılmalı, valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar, valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.

Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Şagirdlər sualların cavablandırılmasında çox böyük fəallıq göstəriblər. Hətta, tədbirdə iştirak edən şagirdlərin hər biri yol hərəkəti qaydalarına aid şeirlər və mahnılar səsləndiriblər.O, cümlədən şagirdlərin Yol hərəkəti qaydalarına aid rəsm əsərləri və əl işləri  nümayiş olunub. Ən yaxşı şeir söyləyən məktəbin IV sinif şagirdi İsmayılova Ayla Sərxan qızı, polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün hazırlanmış vəsaitlə mükafatlandırılıb.

Məktəbin direktoru Nəzakət Qəhrəmanzadə, bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man