Dünən gecədən başlayaraq Bakı-Şamaxı yoluna qar yağıb. Avtosfer.az xəbər verir ki, qarın yağması yolda hərəkəti çətinləşdirib. Bəzi sürücülər yollarda çətinliklə üzləşib. Ərazidə xidmət edən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının 3-cü tağımının əməkdaşları və tağım komandiri polis mayoru Ürfət Şükürov sürücülərə kömək edib, onları təhlükəsiz əraziyə çıxarıblar. Yol Nəqliyyat hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilib. Yollara nəzarət edən qurumun əməkdaşları və yol polisi əməkdaşları hal-hazırda ərazidə xidməti davam etdirir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man