Qaydaları pozan 29 sürücü və piyada cərimələnib - FOTO

İctimai nəqliyyat 09 Mart 2022 | 22:18
OXUNUB: 669

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin, eləcə də müəyyən edilməyən yerlərdən yolu keçən piyadaların müəyyən olunması məqsədilə şəhər ərazisində reyd keçirilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən reyd zamanı  təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər saxlanılıb. Hərəkətdə olan nəqliyyat vasitəsindəki şəxslərin təhlükəsizlik kəmərindən istifadə etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, avtomobil yollarının müəyyən edilməyən hissəsindən keçən piyadalar da yol polisi əməkdaşları tərəfindən aşkarlanıb. Bu kimi halların onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəyə səbəb olduğu izah edilib. Keçirilən tədbirlər zamanı ümumilikdə 29 sürücü və piyada barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man