Bu gün saat 19:30 radələrində Yasamal rayonu, Abdulla Şaiq küçəsində “Kia Optima” markalı avtomobil yanıb.
Avtosfer.az xəbər verir ki, hadisəni görən kimi ərazidə xidmət aparan 99 YP 324 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan, polis baş serjantı Elvin Yusifov yanan avtomobilə yaxınlaşıb. Təhlükəsizlik təmin olunub. Bir qədər sonra isə şəxsi maşını ilə ərazidən keçən FHN-nin mayoru Anar Əzimov hadisə yerinə yaxınlaşıb. FHN əməkdaşı öz peşəkarlığını göstərərək yol polisi və digər vətəndaşlarla birlikdə avtomobilin tam olaraq yanıb sıradan çıxmasının qarşısını alıb.
Hadisə yerindən olan görüntüləri təqdim edirik:
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man