Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.
İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az açıqlamasında bildirib ki, rəhbərliyin göstərişinə əsasən YPX əməkdaşları tərəfindən xanımlara hədiyyələr təqdim olunur. Hər il olduğu kimi küçələrdə təmizlik aparan xanımlar ilk olaraq təbrik edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və müxtəlif hədiyyələr təqdim olunub. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.
Günün ikinci yarısında isə yol polisi xanım sürücüləri təbrik edib. Onları saxlayıb və gül dəstələri, müxtəlif hədiyyələr verib.
Aksiyada "Ağçiçəyim", "Referans", "Avtotəlim" şirkətləri, "878" və "149" yükdaşıma xidmətləri, "Top Group", "Azərsun Holding" "Central Baku" və "Torte" şirniyyat evi fəal iştirak ediblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man