Qaydaları pozan piyada və sürücülərə qarşı tədbir keçirilib - FOTO - VİDEO

İctimai nəqliyyat 02 Mart 2022 | 16:02
OXUNUB: 909

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qaydaları kobud şəkildə pozanlara qarşı nəzarət profilaktiki tədbir keçiriblər. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə şəhərin müxtəlif ərazilərində təşkil edilən tədbir zamanı bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq piyadalara yol vermədiyi üçün DYP əməkdaşları tərəfindən cərimə ediliblər. Eyni zamanda, bəzi piyadalar da yolun onlara aid olmayan hissəsindən keçərək nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb
Yol nişanlarının qarşısında maşın saxlayan, piyada keçidlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də məsuliyyətdən kənarda qalmayıblar.
Nəzarət profilaktiki tədbirlər zamanı qaydaları pozan vətəndaşların diqqətinə çatdırılıb ki, təyin olunmayan yerlərdən yolu keçmək onların həyatları üçün təhlükə doğurur. Eyni zamanda, nəqliyyat vasitələrinin yoluna çıxaraq sürücülərə də təhlükə yaratmaq olmaz. DYP qəza baş verməməsi üçün qaydalara əməl etməyi tövsiyyə edir. Qeyd edək ki, bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man