Bakıda “Uşaqlar yol hərəkəti qaydalarını necə öyrənib?” mövzusunda tədbir keçirilib. Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, tədbir BŞDYPİ və Təhsil Nazirliyinin 1 saylı Uşaq Gənclər Mərkəzinin birgə layihəsi çərçivəsində baş tutub. Onun sözlərinə görə, paytaxtın bir sıra məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə birinci, ikinci və üçüncü yerləri qazanan uşaqlara diplom və təşəkkürnamələr verilib: "Belə tədbirlərin keçirilməsi, yol hərəkəti qaydalarının uşaq yaşlarından məktəb və məktəbdənkənar dərnəklərdə öyrədilməsi ümumilikdə yol mədəniyyətinin formalalaşmasında olduqca əhəmiyyətlidir". "Təhsil ictimaiyyətinin nümayəndələrindən və valideyinlərdən yol hərəkəti qaydalarına münasibətdə uşaqlara məsuliyyət hissinin aşılanmasında daim fəal olmağı xahiş edirik!", - o vurğulayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man