Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Quliyev Bəxtiyar Nadir oğlu şəhid ailəsini təhqir etdiyi üçün ona şiddətli töhmət verilib. APA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. Bildirilib ki, ərizəçi Ombudsmana müraciət edərək, Vətən müharibəsində şəhid olmuş övladının nəşini Füzuli rayonundan gətirərkən həyəcanlı olmaları səbəbindən yolda sürət həddinin aşılması nəticəsində avtomobilin radarda qeydə alındığına görə həyat yoldaşının cərimə edildiyini, buna aydınlıq gətirilməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inzibati binasında olarkən orada Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Quliyev Bəxtiyar Nadir oğlu tərəfindən təhqiramiz münasibətə məruz qaldığını bildirib, hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş edib.
Ombudsmanın həmin nazirliyə ünvanladığı müraciətə verilmiş cavabda göstərilib ki, xidməti yoxlamalar zamanı ərizəçinin BDYPİ-də olarkən şöbə rəisindən icazə alaraq oğlunu sürücülük vəsiqəsi alması məqsədilə orada keçirilən imtahana gətirmiş polis sahə rəisi B.N.Quliyevin inzibati binanın buraxılış məntəqəsində qəbulla bağlı ona müraciət edən ərizəçiyə hüquq və vəzifələrini izah edərək aidiyyəti üzrə istiqamətləndirmək əvəzinə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələyə müdaxilə edərək lüzumsuz ifadələr işlətməklə ərizəçi ilə mübahisə etdiyi, ünsiyyətdə nəzakətsizliyə yol verməklə barəsində haqlı şikayətə zəmin yaratdığı müəyyən edilib. Qeyd olunan qəbahətlərə yol verdiyinə görə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi B.N.Quliyevə “şiddətli töhmət” intizam tənbehi elan edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man